Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb

21:19 - 31 Yanvar 2023 - SİYASƏT

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlər Laçın yolu ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər. 

Lavrov Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu bildirib.

Xəbər xətti