Konor Makqreqor avtomobil qəzasına düşüb

22:08 - 27 Yanvar 2023 - HADİSƏ

İrlandiyalı qarışıq döyüş növləri üzrə döyüşçü (MMA) Konor Makqreqor avtomobil qəzasına düşüb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib.

İdmançı velosiped sürərkən onu avtomobil vurub. O, sürücünün günəşin güclü olması səbəbindən onu görmədiyini bildirib. “Tam sürətlə mənə tərəf gəlirdi. Allaha şükür vaxtım hələ gəlməyib. Həm də güləş və cüdo sayəsində” - deyən döyüşçü düzgün koordinasiya bacarıqlarının onun həyatını xilas etdiyini vurğulayıb.

Xəbər xətti