Əfqanıstanda soyuq hava səbəbindən 260 min baş mal-qara tələf olub

20:30 - 27 Yanvar 2023 - DÜNYA

Əfqanıstanda son iki həftə ərzində kəskin soyuqlar səbəbindən təxminən 260 min mal-qara tələf olub, ən pis ölüm isə üç şimal əyalətində qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü TOLOnews telekanalı ölkənin Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinə istinadən məlumat yayıb.

Müstənənin sözlərinə görə, heyvanların böyük hissəsi üç şimal əyalətində: Bəlx, Cəuzcan və Pəncşirdə soyuq və aclıqdan tələf olub.

Bundan əvvəl ölkədə qışın anomal keçməsi nəticəsində azı 157 nəfərin donvurmadan öldüyü bildirilirdi. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin  məlumatına görə, Əfqanıstanda 30 milyona yaxın insanın həyat xilasedici yardıma ehtiyacı var.

Xəbər xətti