Qəbələdə iki maşın toqquşub, 72 yaşlı qadın xəsarət alıb

18:45 - 27 Yanvar 2023 - HADİSƏ

Qəbələdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nin xəbərinə görə, “VAZ-2106” markalı avtomobil “Lada-Priora” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Qəbələ rayonunun Böyük Pirəli kənd sakini, 1951-ci il təvəllüdlü Qəribova Sahibə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

 

Xəbər xətti