Şərur sakinlərindən silah götürülüb

13:39 - 27 Yanvar 2023 - HADİSƏ

Şərur rayon sakinlərində silah aşkarlanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında Siyaqut kəndində Novruzov Həsənqulu Məhərrəm oğlundan və Aşağı Aralıq kəndində Talıbov Rövşən Abdulla oğlundan Türkiyə istehsalı olan 12 kalibrli “Vinçestr” silahları aşkarlayaraq götürüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti