Bu gün hava necə olacaq?

08:37 - 27 Yanvar 2023 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında yanvarın 27-də dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə çiskinli ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bu gün hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Xəbər xətti