Kanada dörd "Leopard 2" tankını Ukraynaya vermək qərarına gəlib
Ucnoqta.az xəbər verir ki, Şimali Amerika ölkəsinin milli müdafiə naziri Anita Anand jurnalistlərə bildirib. Məlumata görə, Kanada hökuməti Kanada Müdafiə Nazirliyinin balansında olan dörd 2Leopard 2" tankını Ukraynaya təhvil verəcək.
Anand əlavə edib ki, Ottava həmçinin Ukrayna hərbçilərinə texnikanın istifadəsi üzrə təlim keçmək üçün kanadalı təlimatçılar təqdim edəcək.