ABŞ Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb

19:55 - 26 Yanvar 2023 - DÜNYA

Birləşmiş Ştatlar Vaqner qrupu ilə əlaqəli müəssisələrə, strukturlara və şəxslərə qarşı sanksiyalar tətbiq edir

Ucnoqta.az xəbər verir ki, ABŞ Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib. ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan press-relizdə deyilir ki, Vaşinqtonun elan etdiyi sanksiyalar gəmi təmiri müəssisələri, strukturları və özəl hərbi şirkət Vaqner ilə əlaqəli şəxslərə təsir edəcək.

Sənədin mətnində vurğulanır ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Rusiya Federasiyasının Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflətməyə yönəlmiş əlavə tədbirlər görür”.
Press-relizdə bildirilir ki, sanksiyalara 6 fiziki və 12 hüquqi şəxs daxil edilib.

Açılan siyahıya digərləri ilə yanaşı, Rusiya Federasiyasının baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov, həmçinin Tatarıstanın rəhbəri Rüstəm Minnixanov və onun həyat yoldaşı Gülsina Minnixanova da daxildir.

Emin

Xəbər xətti