Avropa Komissiyası Moldovaya makromaliyyə yardımını artırır

21:19 - 24 Yanvar 2023 - DÜNYA

Moldovanın siyasi rəhbərliyinə Kremldən ölkənin Avropa kursu və onun Ukraynaya fəal dəstəyi ilə bağlı təhdidlər fonunda Avropa Komissiyası Moldovaya əlavə 145 milyon avro makromaliyyə yardımı göstərmək niyyətində olduğunu açıqlayıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün “Twitter” səhifəsində yazıb.

“Biz Moldova ilə həmrəyik, çünki amansız Rusiya müharibəsinin şok dalğaları ölkəni vurmağa davam edir. Bu gün biz Moldovaya makromaliyyə yardımının 145 milyon avro artırılmasını təklif etdik. Bu, ölkə iqtisadiyyatını və enerjisini əhəmiyyətli dərəcədə dəstəkləyir”, - Ursula fon der Leyen yazıb.

Bundan əvvəl Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi Moldovanı konstitusiyada təsbit olunmuş neytral statusdan uzaqlaşmaq və “daha ​​geniş ittifaqa” qoşulmaq barədə düşünməyə sövq edir.

Xəbər xətti