ABŞ bu həftə Ukraynaya "Abrams2 tanklarının tədarükünü elan edə bilər

19:51 - 24 Yanvar 2023 - DÜNYA

ABŞ administrasiyası çox sayda M1 Abrams tankının Ukraynaya təhvil verilməsini istəyir.

Ucnoqta.az xəbər verir ki, The Wall Street Journal qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, tədarüklə bağlı elan bu həftənin əvvəlində verilə bilər.

Nəşrin yazdığına görə, bu addım Almaniya ilə razılaşmanın bir hissəsi olacaq ki, bu da Almaniyanın özündən Kiyevə az sayda “Leopard 2” tankının ayrılmasını, habelə Berlinin Polşa və Almaniya tərəfindən Almaniya istehsalı olan tankların tədarükünü təsdiq etməsini nəzərdə tutur.

Ağ Ev bu məlumatı qəzetə şərh etməkdən imtina edib.

Xəbər xətti