Ceyhun Bayramov Belçikaya getdi     
                    
                    
                    
                        
                                         
             
            16:57  -  11 Dekabr   2022 -  SİYASƏT
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.
Bu barədə Ucnoqta.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.