" ... bunlar görün nə işlə məşğuldur" - Ekspert

"Bura Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universitetdə Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Fuad İsgəndərov və Günel Rəhimin iştirakı ilə tələbələr ilə görüş keçirilib".

Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib:
"Universitet rəsmi açıqlamasında deyir "Adıçəkilən şəxslər son illərin tanınmış aktyorları, eyni zamanda gördükləri işlərlə gənclərin sevimlisinə çevirilmiş şəxslərdir". Başa düşmədim, siz Mədəniyyət və İncəsənət Universitetisiniz?
Siz bizim ali və orta ümumtəhsil müəssisələri üçün PEDAQOJİ kadr hazırlayan, tədqiqatçı alim yetişdirən müəssisəsiniz.
100 yaşı, 18.300 tələbəsi, 1600 müəllimi, 62 professoru olan bir müəssisə profilinə uyğun mütəxəssislər qalıb kənarda, blogger, aktyorları gətirir görüşə".

"Mənə maraqlıdır, görüşdə iştirak edən ibtidai sinif müəllimliyi ixtisasını bitirəcək məzun işlədiyi məktəbdə o bloggerlərin hansı tədris təcrübəsindən istifadə edəcək?
Bu gün ADPU-nun məzunlarının MİQ, Diaqnostik İmtahan nəticələri, Sertifikasiya imtahanlarının nəticələrinin geniş auditoriya ilə müzakirələri qalıb kənarda, görün nələrə vaxt sərf edirlər.
ADPU-nun beynəlxalq reytinqi, rəhbər heyətinin H indeksi, digər elmmetrik bazalarda mövcud vəziyyəti qalıb kənarda, bunlar görün nə işlə məşğuldur" - ekspert qeyd edib..

Tarix
9 Dekabr 2022 [23:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-12-09 23:53:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin