Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb.
Ucnoqta.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib. B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb. 
                       
                                             
                                                        
