Ucnoqta.az
www.ucnoqta.az

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı <font color=red><b>qərar verdi</b></font>

17:15 - 9 Dekabr 2022 tarixində dərc olunub.

Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb.

Ucnoqta.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib. B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Müəllif: