51 yaşlı kişinin meyiti evinin həyətində quyuda tapıldı

11:41 - 29 Mart 2026 - HADİSƏ

Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1975-ci il təvəllüdlü Sərvər Cabbarzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti