"Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri maya dəyərindən təqribən 2 dəfə azdır".
Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, hazırda metro və dəmir yolunda daşınma qiymətlərinin ucuz olması səbəbindən Bakı Metropoliteni və Azərbaycan Dəmir Yolları dövlətdən subsidiya alır. Qiymətlərin ucuz olması özəl sektorun bu sahəyə marağını azaldır.///qaynarinfo
Tarix
9 Dekabr 2022 [15:17]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin