Bakıda 28 yaşlı gənci avtomobil vurdu

08:20 - 9 Dekabr 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda piyadanın ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın “Report”a istinadən məlumatına görə, Balaxanı qəsəbəsində avtomobil yolu keçən 1996-cı il təvəllüdlü İlyasov Mirzəməmməd Elxan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona soltərəfli sirkə kasası, qamış, mil və dizin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti