Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri görüşüblər

23:52 - 6 Dekabr 2022 - SİYASƏT

Moskvada Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, görüş zamanı Ermənistan, Azərbaycan, Rusiya və regionda dəmir yolunun tikintisi, dəmir yolu əlaqəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması ilə bağlı üçtərəfli bəyanatın icrası üzərində işi davam etdirəcəklər.

Emin

Xəbər xətti