Bakıda 24 yaşlı qadına hədə-qorxu gəlib zorladılar

20:53 - 6 Dekabr 2022 - HADİSƏ

Bakıda zorlama hadisəsi baş verib.

Ucnoqta.az “lent.az”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Rayon sakini, 24 yaşlı N.A. polisə ərizə ilə müraciət edərək yaşadığı evdə ərinin əmisi oğlu, 20 yaşlı N.C.nın onu zorladığını bildirib.

Şikayətçi ərizəsində N.C.nın ona əvvəlcə hədə-qorxu gəldiyini, istədiyinə nail ola bilmədikdə isə zorla cinsi əlaqədə olduğunu da deyib.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbər xətti