Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr dəyişiklikləri olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, təyinatlarla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, SHXÇDX-nin Goranboy bölməsinin rəisi, polkovnik-leytenant Xəyyam Babayev vəzifəsindən azad edilərək Xidmətin Ağdam rayon bölməsinin rəisi təyin olunub. X. Babayevin yerinə isə Mirqasım Abbasov təyinat alıb. O, bundan öncə Xidmətin Daşkəsən rayon bölməsinin rəisi işləyib.

Daşkəsən rayon bölməsinə isə Səbuhi Abdullayev rəis təyin olunub.

 

Tarix
6 Dekabr 2022 [17:26]
Müəllif
Üç nöqtə
2022-12-06 17:26:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin