Raquf Orucovun xanımına vəzifə verildi

16:38 - 6 Dekabr 2022 - Xəbər

Dekabrın 6-da Bakıda keçirilən Azərbaycan Vəkillər Kollegiyasının üzvlərinin növbəti konfransında Rəyasət Heyətinin yeni üzvləri məlum olub.

Ucnoqta.az xəbər verir ki, Ramiz İbrahimov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova, Adil Kərimli, Sevinc Alızadə, Fariz Məmmədov, Lalə Nağıyeva, Muxtar Mustafayev, Elçin Usub, Azər Quliyev, Vüqar Babayev Kollegiyanın Rəyasət Heyətinin yeni üzvləri seçilib.

Yeni üzv seçilən Sevinc Əlizadı Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıdır.

Qeyd edək ki, S.Alızadə BDU-nun Hüquq fakültəsinin məzunudur.

Xəbər xətti