"İran daha bir NATO ölkəsiylə qonşu oldu" - Politoloq

16:47 - 5 Dekabr 2022 - SİYASƏT

"İran daha bir NATO ölkəsiylə qonşu oldu. Azərbaycan NATO üzvü olmağa çalışmır, Brüsselə belə bir müraciəti yoxdur. Bununla yanaşı Azərbaycan NATO-nun əsas üzvlərindən biri – Türkiyə ilə strateji müttəfiqidir".

Ucnoqta.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyənin vahid ordusu formalaşırsa, bu elə Azərbaycanın NATO-nun tərkib hissəsinə çevrilməsi deməkdir: 

"İranın Araz çayına yaxın ərazidə hərbi təlimlərdə iki məqsədi var idi. Birinci məqsədi Azərbaycanı qorxutmaq, ikinci məqsədi rəsmi Bakını xarici siyasətdə İranın xeyrinə korrektəyə məcbur etmək idi. Tehran tam əks nəticələrlə üzləşdi. Azərbaycan İranın hərbi təlimlərinə öz təlimləriylə cavab verdi, növbəti təlimi strateji müttəfiqi Türkiyə ilə başladı, İranın erməni separatçılarıyla bütün bağları faş edildi, Tehranın təxribatlarına adekvat cavab verildi, Bakıda Güney Azərbaycan amili ön plana çıxardıldı. Görəsən, Tehran bütün bunların baş verəcəyini əvvəlcədən bilsəydi, sərhəddə hərbi təlimlər keçirib Qafqanda Azərbaycan əleyhinə konsulluq açardımı? Fikrimcə, yenə edərdi, çünki Tehran rejimi Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir".

Emin

Xəbər xətti