İlon Mask 6 ay ərzində insana çip yerləşdirməyi planlaşdırdığını açıqladı

10:56 - 1 Dekabr 2022 - Cəmiyyət

İlon Mask ilk dəfə insana çip implantasiya etməyi planlaşdırdığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, milyarder sahibi olduğu "Neuralink" şirkətinin altı ay ərzində bunun mümkün olacağını qeyd edib. Bildirilir ki, prosedur sayəsində kompüter və telefondan istifadə zamanı əllərə ehtiyac qalmayacaq.

"Düşünürük ki, bəlkə də təxminən altı aydan sonra ilk çipi implantasiya etmək mümkün olacaq", - İlon Mask bildirib.

Xəbər xətti