Sumqayıtda kişini qətlə yetirən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıtda kişini qətlə yetirən qadın tutulub.

Sumqayıt şəhər prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 30-u saat 10 radələrində 1976-cı il təvəllüdlü Aydın Həsənovun yaşadığı evdə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Aydın Həsənovun boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anastasiya Həmzəyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

 

Tarix
1 Dekabr 2022 [10:28]
Müəllif
Üç nöqtə
2022-12-01 10:28:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin