İstehlaka yararsız 13 tona yaxın süd məhsulları məhv edilib

12:56 - 30 Noyabr 2022 - Cəmiyyət

İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib.

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Ucnoqta.az-a verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 74 adda, 12,8 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Xəbər xətti