ABŞ Ermənistan-Azərbaycan sülh razılaşmasında maraqlıdır - ABŞ-ın ATƏT-dəki səfiri

12:44 - 30 Noyabr 2022 - SİYASƏT

“Heç kimə sirr deyil ki, biz Ermənistan-Azərbaycan sülh razılaşması məsələsində Aİ tərəfdaşlarımızla çox sıx işləyirik". 

Ucnoqta.az xəbər verir ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter deyib. Karpenter deyib ki, məqsədimiz sadədir: "Biz Ermənistan-Azərbaycan sərhədinin tez bir zamanda delimitasiya olunmasını istəyirik. İstərdik ki, bölgəyə sülh və sabitlik qayıtsın, bu bölgədə yaşayan bütün insanların insan hüquqlarına və təhlükəsizliyinə hörmət edilsin. Biz bu sahədə yeni bir səhifəyə başlayaq deyə, iki tərəf arasında ən qısa zamanda sülh sazişinin imzalanmasında maraqlıyıq.

Aydındır ki, bu son nəticəyə nail olmaq üçün müəyyən vaxt lazımdır, lakin biz bu nəticəni dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə çalışırıq”. Bunu 

Xəbər xətti