2024-cü ilin sonunadək ən ucqar kəndlər belə internetlə təmin olunacaq – Nazir

13:37 - 29 Noyabr 2022 - ÖLKƏ İÇİ

2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq. "Bu il 470 min ev internetlə təmin olunub" - Nazir

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq.

"2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib.

Xəbər xətti