İsa Həbibbəylinin oğlu vəzifəsini İTİRDİ - FOTO

“Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri – gömrük xidməti general-leytenantı” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-mayoru” abzasları ləğv edilir.

“Bakı Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzasından sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzası əlavə edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğlu, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli idi.///unikal

Tarix
28 Noyabr 2022 [15:49]
Müəllif
Üç nöqtə
2022-11-28 15:49:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin