Saakaşvilinin bədənində arsen aşkar edilib

14:27 - 28 Noyabr 2022 - DÜNYA

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bədənində arsen aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə noyabrın 28-də jurnalistlərə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib. O deyib: “Biz hələ dırnaq testlərini almamışıq, onlar bu gün gələcəklər, lakin telefonla məlum oldu ki, araşdırma nəticəsində başqa bir maddə - "arsen" aşkarlanıb".

O, həmçinin bildirib ki, bu gün, noyabrın 28-də Saakaşvili ilin əvvəlindən bəri ilk dəfə məhkəmə iclasında iştirak edəcək. Eks-prezidenti Gürcüstanın dövlət sərhədini pozmaqda ittiham edilir. Siyasətçinin səhhətinin ağır olması ilə əlaqədar onu xüsusi kresloda gətirəcəklər.

Xatırladaq ki, Saakaşvilinin vəkilləri səhhətinə görə cəzanın çəkilməsinin təxirə salınmasına nail olmaq üçün sübutlar tapmağa çalışırlar. Bundan sonra eks-prezident “müalicə üçün” xaricə aparılmalıdır.

Xəbər xətti