Belarusun XİN rəhbəri qətlə yetirilib?

Belarus mediası noyabrın 26-sı qəfil dünyasını dəyişən ölkənin XİN rəhbəri Vladimir Makeyin ölüm səbəbini açıqlayıb.

 “Naşa Niva” nəşri 64 yaşlı diplomatın infarktdan vəfat etdiyini iddia edir.

“Vladimir Makey infarkt keçirdikdə Drozdıda evində olub”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, Makey səhhətinə ciddi yanaşmadığından vaxtında həkimlərə müraciət etməyib.

Bununla belə, Belarus rəhbərliyi XİN rəhbərinin qəfil dünyasını dəyişməsi ilə bağlı hələ ki açıqlama yaymayıb. Hadisədən sonra media və sosial şəbəkələrdə diplomatın qəfil ölümünün cinayət tərkibli olması barədə şayiələr yayılıb. Belə ki, bəzi iddialara görə, Makeyi zəhərləyə bilərdilər. Rusiyada analitiklərin fikrincə, burada Qərbin əli ola bilər. Ukrayna mediası isə Makeyin ölümünün ölkə Prezidenti Aleksandr Lukaşenkoya “son xəbərdarlıq” ola biləcəyini iddia edir və hadisədə Rusiyanı təqsirləndirir.

Qeyd edək ki, V.Makey 2012-ci ildən Bearusun XİN rəhbəri vəzifəsini icra edib.///qafqazinfo

Tarix
28 Noyabr 2022 [10:17]
Müəllif
Üç nöqtə
2022-11-28 10:17:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin