Stadiona daxil olan azarkeş qapıçını döydü - ANBAAN VİDEO

00:01 - 28 Noyabr 2022 - HADİSƏ

Türkiyədə “Göztepe” və “Altay” komandaları arasında keçirilən oyun yarımçıq dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, qarşılaşmada meydana girən azarkeş “Altay”ın qapıçısı Ozan Evrim Özençiyə künc bayrağının dirəyi ilə zərbələr endirib. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb. 

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki azarkeş ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.

Xəbər xətti