General Rza Talıbov işdən çıxarılıb? - AÇIQLAMA

Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin adını vermək istəmədiyi yüksək rütbəli şəxsi Manset.az-a bildirib ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır.

"O hazırda işdədir. Üzərinə düşən işlərlə məşğuldur. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır."

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Tarix
27 Noyabr 2022 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-11-27 15:40:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin