Şəhid Səbuhinin qardaşına 11 min manat verildi

12:10 - 6 Oktyabr 2022 - Cəmiyyət

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəçi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.

12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Xəbər xətti