Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin Edilliyə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndinə səfəri başlayıb.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkəcəklər.

Müvafiq dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.

Qeyd edək ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Tarix
6 Oktyabr 2022 [10:21]
Müəllif
Üç nöqtə
2022-10-06 10:21:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin