Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

08:04 - 6 Oktyabr 2022 - Cəmiyyət

Duru yağların qiymətində kəskin bahalaşma var.

Ucnoqta.az xəbər verir ki, satıcı Anar Əliyev "Xəzər Xəbər"ə deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı.

Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Xəbər xətti