Netanyahu xəstəxanaya yerləşdirildi

23:22 - 5 Oktyabr 2022 - DÜNYA

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu Yəhudilərin Kəffarə Günündə dua edərkən halı pisləşərək xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, keçmiş baş nazir Netanyahu sinaqoqda namaz qılarkən vəziyyəti pisləşib.

"O, yerindəcə bir sıra müayinələrdən keçib, onların normal olduğu məlum olub və indi özünü yaxşı hiss edir”, - deyə ofisindən bildirilib.

Netanyahu “hər hansı şübhələri aradan qaldırmaq üçün” xəstəxanada əlavə müayinədən keçəcək.

İsrailin keçmiş baş naziri noyabrın 1-də keçiriləcək ümumi seçkilər ərəfəsində sağçı və ultra-dindar partiyalar blokuna rəhbərlik edir. O, korrupsiya ittihamı ilə mühakimə olunsa da, geri dönəcəyini vəd edib və bunu rədd edib.

Xəbər xətti