"Baku Electronics"də yanğın olub - VİDEO

15:35 - 5 Oktyabr 2022 - HADİSƏ

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən "Baku Electronics" mağazasında gecə saatlarında yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər.

Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər. Yanğının baş vermə səbəbləri  digər dövlət orqanları tərəfindən araşdırılır.

Xəbər xətti