Dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü

11:00 - 2 Oktyabr 2022 - HADİSƏ

Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti