Sabah hava necə olacaq? - PROQNOZ

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz., gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Tarix
1 Oktyabr 2022 [12:10]
Müəllif
Üç nöqtə
2022-10-01 12:10:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin