Yevlaxda 25 yaşlı gənc itkin düşdü

10:08 - 28 Sentyabr 2022 - HADİSƏ

Yevlaxda 25 yaşlı gənc itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, Abbas Əliyev ötən gün Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğlu, 1997-ci il təvəllüdlü Elvin Əliyev itkin düşdüyünü bildirib.

O qeyd edib ki, oğlu sentyabrın 26-sı saat 15 radələrində yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evindən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Araşdırma aparılır.

Xəbər xətti