Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Tarix
28 Sentyabr 2022 [07:52]
Müəllif
Üç nöqtə
2022-09-28 07:52:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin