Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
“Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qonaq etdim. Biz şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.///apa

Tarix
28 Sentyabr 2022 [07:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-28 07:19:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin