İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram".

Tarix
26 Sentyabr 2022 [22:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-26 22:18:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin