Hikmət Hacıyev Blinkenin köməkçisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib

19:47 - 26 Sentyabr 2022 - SİYASƏT

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfried ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin “Twitter“ səhifəsində məlumat verilib. Görüşdə ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Xəbər xətti