Qara Qarayev De Byazi ilə arasındakı gərginlikdən DANIŞDI: "... çox şeyi bilirəm"

Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib.

"Qarabağ"da çıxış edən təcrübəli oyunçunun sözlərinə görə, 66 yaşlı baş məşqçi ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söyləyib: "Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".

Qeyd edək ki, Canni De Byazi Qara Qarayevi Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməyib.///report

Tarix
26 Sentyabr 2022 [18:08]
Müəllif
Üç nöqtə
2022-09-26 18:08:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin