Moskvadan Bakıya təyyarə biletlərinin qiyməti neçəyədir? - AÇIQLAMA

16:09 - 26 Sentyabr 2022 - Xəbər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin maksimal dəyərini açıqlayıb.

Ucnoqta.az aviaşirkətə istinadən xəbər verir ki, maksimal qiymət ekonom sinif üzrə 409 avro, biznes sinifi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.
“AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır”, - deyə aviaşirkət bəyan edib.

Xəbər xətti