İrandakı etirazların canlı simvolu GÜLLƏLƏNDİ - VİDEO

22:35 - 25 Sentyabr 2022 - HADİSƏ

İranda polislər 20 yaşlı Hədis Nəcəfini qətlə yetiriblər.

Ucnoqta.az Milli.az-a istinadən bildirir ki, Hədis İrandakı indiki etiraz aksiyalarının canlı simvolu sayılırdı.

O, Əxlaq Polisi idarəsində Məhisa Əminini qətlə yetirilməsindən sonra küçələrə, etiraz aksiyalarına, mitinqlərə və nümayişlərə çıxmış iranlı qadınlar arasında ən fəallardan biri idi.

Hədisin saçlarını yığdığı anların əks olunduğu video sosial şəbəkələrdə ildırım sürətilə yayılmışdı.

İlkin məlumatlara görə, polislər Hədis Nəcəfiyə 6 dəfə atəş açıblar.

O, sinəsindən, boynundan və üzündən aldıtı yaralardan həlak olub.

Xəbər xətti