30 yaşlı kişi məhkəmədə intihara cəhd etdi

Ucar rayon sakini özünə xəsarət yetirib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar Rayon Məhkəməsinin binası qarşısında baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Qüdrət oğlu Cəfərov intihar etmək məqsədi ilə qolunun damarlarını doğrayıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Nicat Cəfərova zəruri tibbi yardım göstərilib,vəziyyəti qənaətbəxşdir. Nicat Cəfərovun hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Tarix
23 Sentyabr 2022 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-23 13:50:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin