Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Bakı Hava Limanında kran aşdı, bir nəfər öldü - YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

16:20

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.


Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Əraziyə tibbi briqada cəlb olunub. Ətraflı məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
22 Sentyabr 2022 [17:15]
Müəllif
Üç nöqtə
2022-09-22 17:15:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin