Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Şəhid Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırıldı - FOTO

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun komando qüvvələrinin giziri Məmmədov Məhəmməd Bilal oğlu bu gün böyüyüb boya- başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etdilər.

Şəhidlə vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Məhəmməd Məmmədovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi.

Dəfn mərasimində Şəhidin atası Bilal Hüseynov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olundu.

Bildiririk ki, 15 dekabr 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş Məmmədov Məhəmməd Bilal oğlu 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.
2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunun komando qüvvələrində gizir rütbəsində çalışırdı.

Şəhidimiz subay idi.
 

Tarix
14 Sentyabr 2022 [22:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-14 22:44:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin